Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri davam edir.
APA-nın xəbərinə görə, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbokla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
Ceyhun Bayramov deyib ki, Qarabağ və Şərqi Zəngəzur bölgənin ən gözəl məkanlarından birinə çevriləcək:
“İnanıram ki, Almaniya XİN başçısının səfəri faydalı olub və belə səfərlər davam etməlidir”.