Bank Of Baku

Çinin xüsusi nümayəndəsi: Qoşulmama Hərəkatına aktiv dəstək verməyə davam edəcəyik

Çinin xüsusi nümayəndəsi: Qoşulmama Hərəkatına aktiv dəstək verməyə davam edəcəyik
# 02 mart 2023 16:50 (UTC +04:00)

“Bəzi ölkələr paralel sistemlər yaradır və bu da balanslı inkişafa problem yaradır”.

APA-nın məlumatına görə, bunu bu gün Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə Çin hökumətinin Avrasiya işləri üzrə xüsusi nümayəndəsi Li Hui bildirib.

Li Hui deyib ki, həmrəyliyi gücləndirmək, münaqişələri dialoq yolu ilə həll etmək üçün ölkələr birgə çalışmalıdırlar: “Kiçik dairələr böyük çağırışları qarışlamaq gücündə deyil. Biz dünyada sülh və təhlükəsizliyə birgə nail olmalıyıq”.

Çin hökumətinin Avrasiya işləri üzrə xüsusi nümayəndəsi qeyd edib ki, Çin “Bir yol-Bir qurşaq” layihəsinin təşəbbüsünün müəllifidir: “Qoşulmama Hərəkatı dünyada inkişafın vacib flaqmanıdır. Çin Qoşulmama Hərəkatını dəstəkləyir, gələcəkdə Qoşulmama Hərəkatını daha böyük rol oynamasını vacib sayır. Çin Qoşulmama Hərəkatına aktiv dəstək verməyə davam edəcək. Eyni zamanda Çin hər zaman inkişaf etməkdə olan ölkələrin yanında olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR