Bank Of Baku

Deputat: Azərbaycan və Ermənistan arasında 5-7 vasitəçinin prosesi idarə etmək istədiyini görürük - VİDEO

Elman Nəsirov

© APA | Elman Nəsirov

# 06 dekabr 2022 11:14 (UTC +04:00)

“Torpaqlarımızın işğal altında olduğu dövrdə münaqişənin dondurulması siyasəti həyata keçirilirdi”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elman Nəsirov deyib.

Deputat bildirib ki, indi də postmünaqişə dövründə biz dondurulma siyasətinin həyata keçirilməsinə cəhdləri görürük: “İndiyə kimi Ermənistan və Azərbaycan arasında hansı razılıqlar əldə edilibsə, onların yerinə yetirilməsinin dondurulması prosesi getməkdədir. İki tərəf bu razılaşmaları həyata keçirsəydi, bəlkə də bu proses çoxdan həllini tapmışdı. Hazırda 5-7 vasitəçinin prosesi idarə etmək istədiyini görürük. Diplomatiya tarixi onu göstərir ki, bu tip münaqişələrin həlli üçün ortada sülh müqaviləsinin layihəsi olmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR