Bank Of Baku

Deputat: İraqın Kürdüstan bölgəsinin Türkiyə ilə çox yaxşı əlaqələri var, Azərbaycan bu bölgə ilə münasibətlərdə bunu da nəzərə alır

Vüqar İskəndərov

© APA | Vüqar İskəndərov

# 18 fevral 2023 15:10 (UTC +04:00)

“Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində bir sıra görüşlər keçirib. Belə görüşlərdən biri də İraq Kürdüstan Regional Hökumətinin başçısı Neçirvan Bərzani ilə olub. Maraqlı məqamlardan biri odur ki, Prezident İlham Əliyev görüşdə Azərbaycan, Türkiyə və İraq Kürdüstan Regionu arasında üçtərəfli əməkdaşlıq mexanizminin yaradılmasını təklif edib”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.

Vüqar İskəndərov deyib ki, Neçirvan Bərzani görüşdə Azərbaycanla İraqın Kürdüstan regionu arasında əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu deyib, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi nailiyyətlər münasibətilə təbriklərini çatdırıb, dövlətimizin başçısının uzaqgörən siyasəti nəticəsində ölkəmizin uğurla inkişaf etdiyini vurğulayıb: “İraqın Kürdüstan bölgəsi Türkiyə ilə çox yaxşı əlaqələrə malikdir, iki tərəfin siyasi rəhbərliyi arasında yaxın münasibətlər və sıx dialoq var. Azərbaycan bu bölgə ilə münasibətlərinin formalaşmasında bu faktoru da nəzərə alır. İqtisadi əlaqələr baxımından İraqın Kürdüstan bölgəsi Türkiyənin ikinci tərəfdaşıdır. Tərəflər arasında ticarət dövriyyəsi 12 milyard dollar təşkil edir. Digər tərəfdən, dost və qardaş Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsi sürətlə artır. Həm də Azərbaycan və Türkiyə Avropa və Asiya arasında mühüm nəqliyyat marşrutu formalaşdırır. Eyni zamanda İraqın Kürdüstan Regionu ilə iqtisadiyyat, ticarət sahələrində əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensial var. Ona görə də biznes dairələri arasında birbaşa əlaqələrin qurulması, həmçinin biznes şurası formasında müxtəlif təsisatların yaradılması məsələlərini nəzərdən keçirmək olar. Bu baxımdan Azərbaycan Prezidentinin təklifini bütün tərəflərin yüksək dəyərləndirəcəyi şübhəsizdir”.

Deputat bu aspektdə iki məqama da toxunub: “Mən burada ümumilikdə kürdlərlə bağlı iki məsələni qeyd etmək istəyirəm. Bunlardan biri İran, digəri isə Ermənistanla bağlıdır. Öncə onu qeyd edək ki, İranda azərbaycanlılarla yanaşı, ən çox diskriminasiyaya uğrayan xalqlardan biri də kürdlərdir. O cümlədən kürdlər etnik azlıq kimi Ermənistanda ciddi təzyiqlər altında yaşayır. Ermənilər həm də kürdlərə qarşı soyqırımı siyasəti həyata keçirib, hazırkı dövrdə də bu xalqa qarşı şiddət tətbiq olunur”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR