Bank Of Baku

Deputat: Qoşulmama Hərəkatının fəaliyyətinin genişləndirməsi vacibdir

Deputat: Qoşulmama Hərəkatının fəaliyyətinin genişləndirməsi vacibdir
# 03 mart 2023 18:59 (UTC +04:00)

“Pandemiya dövründə Qoşulmama Hərəkatı beynəlxalq aləmə mühüm töhfələr verdi”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

Müşfiq Cəfərov deyib ki, ötən gün Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun pandemiyadan sonrakı bərpaya həsr olunmuş sammit səviyyəli görüşü keçirilib: “Görüş Prezident İlham Əliyevin 2021-ci ildə Belqradda keçirilən Yüksək Səviyyəli yubiley görüşündə Hərəkatın COVID-19-dan sonrakı dövrlə bağlı mövqeyini formalaşdırmaq məqsədilə Qoşulmama Hərəkatına üzv dövlətlərin yüksək səviyyəli görüşünün keçirilməsi təklifinə əsasən baş tutub. Pandemiya dövründə Qoşulmama Hərəkatı beynəlxalq aləmə mühüm töhfələr verdi. Xüsusilə, pandemiya zamanı beynəlxalq həmrəyliyin artırılmasının, “peyvənd millətçiliyi”nə qarşı 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında iki qətnamənin qəbul olunmasına nail olmasını vurğulamaq lazımdır. Bu Hərəkat son bir neçə ildə beynəlxalq münasibətlərdə mühüm faktorlardan birinə çevrilib. Təbii ki, buna Azərbaycanın sədrliyinin də əvəzsiz rolu təsir edib. Prezident İlham Əliyevin bu görüşdəki çıxışında qeyd etdiyi kimi Azərbaycan sədrliyi dövründə Hərəkatın institusional inkişafına güclü dəstək verib. Dövlətimizin təşəbbüsü ilə Qoşulmama hərəkatının Parlament Şəbəkəsi və Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılıb”.

Deputat qeyd edib ki, bu gün də gündən-günə artan qlobal əhəmiyyətli məsələlərin müzakirəsi və həlli baxımdan Qoşulmama Hərəkatının fəaliyyətini genişləndirməsi vacibdir: “BMT dünyanın ən nüfuzlu təşkilatlarından hesab olunurdu, lakin bu gün yaranan qlobal problemlərin həllində və ya baş verən qarşıdurmalara maneə olmaq iqtidarında deyil. Artıq BMT-nin əksər qətnamələri işləmir, bu da təşkilata üzv olan dövlətlərin siyasi məqsədləriylə yanaşı, həm də qurumun işləksizliyindən irəli gəlir. Təşkilat baş verən iqlim dəyişikliyi ilə əlaqədar quraqlıq və ərzaq qıtlığı, müstəmləkə zülmü, müharibələr və xüsusilə mina çirklənməsi ilə bağlı hələ əməli tədbir görməyib. Azərbaycan da 30 il BMT-nin Azərbaycanın ərazi bütövlüyünün bərpası haqqında qəbul olunmuş qətnamələrinin icrasını gözlədi, lakin bu, baş tutmadı. Nəticə etibarilə bu hərəkətsizlik regionda müharibəyə səbəb oldu, halbuki təşkilatın məqsədi və məramı xalqların haqlarının təmin olunması idi. Bu gün baş verən qlobal problemlər, müharibələr bir daha BMT daxilində islahatlara ehtiyac olduğunun sübutudur. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi təşkilata üzv ölkələrin tərkibinə görə coğrafi baxımdan ədalətsizlik var”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR