Qarabağ və Şərqi Zəngəzura səfər edən diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər.
APA-nın Qarabağa ezam edilmiş müxbiri xəbər verir ki, xarici diplomatlar Şuşa sakinlərinin yaşayış şəraiti ilə tanış olublar, onlarla söhbət ediblər.