“Heydər Əliyev ömrü boyu Azərbaycan xalqına xidmət edib”.
APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında Malayziya-Azərbaycan ilə Dostluq qrupunun rəhbəri Tuan Hj. Aminolhuda bin Hassan bildirib.
O, Qoşulmama Hərəkatına fəal rəhbərliyə görə Azərbaycanı təbrik edib: “Malayziya-Azərbaycan münasibətləri qarşılıqlı hörmət əsasında qurulub. Malayziya Azərbaycanla ticarət, investisiya, bərpa olunan enerji mənbələri və digər sahələrlə qarşılıqlı faydalı əməkdaşlıq edir. Əməkdaşlığımız növbəti illərdə daha da inkişaf edəcək”.