Bank Of Baku

Dövlət Departamenti: ABŞ Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu dəstəkləyir

Dövlət Departamenti: ABŞ Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu dəstəkləyir
# 18 may 2023 21:56 (UTC +04:00)

ABŞ danışıqların harada aparılmasından asılı olmayaraq, Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun tərəfdarıdır.

APA xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel mayın 25-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilməsi nəzərdə tutulan görüşü şərh edərkən deyib.

"Tərəflər arasında birbaşa danışıqlar prinsipial əhəmiyyət kəsb edir və onlar harada keçirilməsindən asılı olmayaraq - Arlinqtonda (ABŞ), Brüsseldə və ya Moskvada - biz şad olardıq", - o vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR