Bank Of Baku

Ekspert: Azərbaycanla Qırğızıstanın nəqliyyat-kommunikasiya əlaqələri yeni səviyyəyə yüksələcək

Qırğızıstanın “Insap Elim” ictimai fondunun direktoru Tolobek Beyşenbekov

© APA | Qırğızıstanın “Insap Elim” ictimai fondunun direktoru Tolobek Beyşenbekov

# 31 avqust 2026 15:34 (UTC +04:00)

Azərbaycan və Qırğızıstan arasında nəqliyyat-kommunikasiya əlaqələri yeni səviyyəyə yüksələcək.

Bunu APA-ya açıqlamasında Qırğızıstanın “Insap Elim” ictimai fondunun direktoru Tolobek Beyşenbekov bildirib.

Onun sözlərinə görə, bu gün Qırğızıstan–Özbəkistan dəmir yolunun tikintisinə başlanılıb.

Ekspert qeyd edib ki, dəmir yolunun tikintisi başa çatdıqdan sonra Azərbaycanla Qırğızıstan arasında həmin istiqamətdə qarşılıqlı əlaqələr və nəqliyyat-kommunikasiya münasibətləri yeni səviyyəyə yüksələcək.

“Bu, Azərbaycan və Qırğızıstan üçün böyük əhəmiyyət daşıyır”, - Tolobek Beyşenbekov vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR