Bank Of Baku

Əlcəzairin Baş naziri: Azərbaycanla Xarici İşlər nazirlikləri səviyyəsində siyasi dialoq mexanizmi başlayıb

Əlcəzairin Baş naziri: Azərbaycanla Xarici İşlər nazirlikləri səviyyəsində siyasi dialoq mexanizmi başlayıb
# 02 mart 2023 16:07 (UTC +04:00)

Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə görüşünə dəvətə görə minnətdarlığını bildirən Əlcəzair Xalq Demokratik Respublikasının Baş naziri Ayman Benabderrahman bu tədbirin yüksək səviyyədə təşkilinə və Azərbaycanın Qoşulmama Hərəkatında uğurlu sədrliyinə görə Prezident İlham Əliyevi təbrik edib, ölkəmizin sədrliyi sayəsində Hərəkatın beynəlxalq münasibətlərdə oynadığı rolun daha da gücləndiyini vurğulayıb.

APA xəbər verir ki, o, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.

Ayman Benabderrahman Əlcəzairin Azərbaycanla qarşılıqlı münasibətlərin hərtərəfli inkişafında maraqlı olduğunu deyib.

Qeyd edib ki, hazırda parlamentlərarası əməkdaşlıq və ədliyyə sahəsində əlaqələrimiz inkişaf edir, eyni zamanda, Xarici İşlər nazirlikləri səviyyəsində siyasi dialoq mexanizmi başlayıb və yaxın vaxtlarda siyasi məsləhətləşmələr keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR