Fransa əsgərləri 1830-cu illərdə Əlufiyada qadınları, yaşlıları, uşaqları qırıb. 1852-ci ildə törədilən Əl-huvar soyqırımında xloroform qazından istifadə edərək 3500 nəfər əhalisi olan regionun 2500 nəfərini, yəni ümumi əhalinin 75 faizini məhv edib.
APA xəbər verir ki, bunu paytaxtda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfransda Əlcəzairin Ali təhsil və elmi tədqiqatlar nazirinin müşaviri Youcef Houri deyib.
“Fransızlar 1945-ci il mart ayında 45 min əlcəzairlini , 1952-ci ildə Konstantin şəhərində 250 nəfəri öldürüblər. 1960-cı illər Parisdə 300 nəfər əlcəzairli qətlə yetirilib. Fransızlar əlcəzairliləri məhv etmək üçün bütün vasitələrdən istifadə ediblər”.
Bu gün Fransa insan haqları sahəsində dünyaya nümunə olmaq istəyir, hamıya beynəlxalq hüquq sahəsində dərs verir, ancaq
Fransa bu planetdə beynəlxalq hüquq sahəsində dərs verəcək son ölkədir, onun buna haqqı yoxdur”.