Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov martın 2-də Monteneqronun əmək və sosial rifah naziri Admir Adroviçlə görüşüb.
Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan-Monteneqro dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurlu inkişafından məmnunluq ifadə olunub.
Azərbaycanda sosial sahədə aparılan ardıcıl islahatlar, əhalinin sosial təminatının yaxşılaşdırılması, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində görülən davamlı tədbirlər barədə məlumat verilib.
Görüş zamanı, həmçinin Azərbaycanla Monteneqro arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.