Bank Of Baku

Əli Əsədov: Azərbaycan Avropa üçün enerji sektorunda etibarlı tərəfdaşdır

Əli Əsədov: Azərbaycan Avropa üçün enerji sektorunda etibarlı tərəfdaşdır
# 06 may 2023 11:11 (UTC +04:00)

“Bu gün Azərbaycan regionda və dünyada istər ikitərəfli qaydada, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq siyasətinə sadiq olan sülhsevər ölkə kimi tanınır”.

APA xəbər verir ki, bunu Baş nazir Əli Əsədov "Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi" mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, 2001-ci ildə Avropa Şurasına qəbul edilən Azərbaycan artıq Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Avropa ailəsinin fəal üzvünə çevrilib və Avropa üçün enerji sektorunda etibarlı tərəfdaşdır:

“Azərbaycanda iqtisadi inkişaf, sabitlik və əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində sistemli islahatların nəticəsi olaraq müsbət demoqrafik şərait formalaşmış və əhalinin sayı bu gün dinamik şəkildə artmaqdadır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR