Bank Of Baku

Əli Əsədov Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb

Əli Əsədov Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
# 28 aprel 2023 18:04 (UTC +04:00)

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 28-də Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayemlə görüşüb.

Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, görüşdə Formula 1 yarışlarının Azərbaycanda uğurla keçirildiyi vurğulandı.

Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin artırılması və yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində görülən işlərə dair fikir mübadiləsi aparıldı.

Eyni zamanda Azərbaycan Avtomobil Federasiyası ilə Beynəlxalq Avtomobil Federasiyası arasında əməkdaşlığın perspektivləri müzakirə olundu.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR