Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənbaşıda keçirilən Azərbaycan, Türkiyə və Türkmənistan Zirvə görüşünü uğurlu adlandırıb.
APA-nın İstanbul müxbiri xəbər verir ki, Ərdoğan bu görüşün nəticəsi olaraq hər üç liderin əldə olunan razılıqlar məsələsində qərarlı olduqlarını vurğulayıb.
O əlavə edib ki, türkmən təbii qazının Türkiyəyə nəql edilməsinə dair işlər görülür.