Şuşa Bəyannaməsi münasibətlərimizi müttəfiqlik səviyyəsinə yüksəldib.
APA-nın xəbərinə görə, bunu Azərbaycana rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatda bildirib.
Türkiyə Prezidenti deyib ki, Naxçıvan iqtisadiyyat, enerji xətləri baxımından böyük potensiala malikdir: “Xəzərdən keçən Orta Dəhlizin önəmi koronavirus pandemiyası və bölgəmizdəki savaşlar baxımından daha da üzə çıxıb. İğdır-Naxçıvan kəməri Avropanın da enerji təhlükəsizliyinə böyük töhfə verəcək”.
O, Qars-Naxçıvan dəmir yolu ilə bağlı niyyət protokolunun əhəmiyyətini vurğulayıb.