“Dünyanın ümidi Türk dövrüdür”.
APA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstandan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.
O qeyd edib ki, Türk Dövlətləri Təşkilatı beynəlxalq sistemdəki maneələri dəf etməyə və effektiv və uzunmüddətli həll yolları yaratmağa qadir olan, böyüyən bir dünya gücünə çevrilir.