Azərbaycan Ordusu 44 günlük müharibə nəticəsində 30 illik işğala son qoydu.
APA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Efes-2022” beynəlxalq təlimlər çərçivəsində çıxışı zamanı deyib.
“Türkiyə olaraq bu prosesdə “iki dövlət, tək millət” anlayışı ilə Azərbaycana hər cür dəstəyi verdik”, - Türkiyə lideri vurğulayıb.
Türkiyə Prezidenti atəşkəsin davamlı olması üçün Türkiyə və Rusiya hərbçilərinin Birgə Monitorinq Mərkəzində birlikdə xidmət etdiklərini xatırladıb.
Ərdoğan qeyd edib ki, Türkiyə Azərbaycan Ordusunun modernləşdirilməsi, təlim-təhsil, minatəmizləmə sahəsində də Azərbaycanla yaxından əməkdaşlıq edir.