Ermənistan Azərbaycanla konseptual sənədin əlverişli anda imzalanacağına ümid edir

Ermənistan Azərbaycanla konseptual sənədin əlverişli anda imzalanacağına ümid edir
# 04 oktyabr 2023 17:35 (UTC +04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə “hökumət saatı” zamanı rəhbərlik etdiyi nümayəndə heyətinin Qranadaya gedəcəyini bildirib.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, o, Qranada görüşü öncəsi İrəvanın nikbin olduğunu, dönüş sənədinin imzalanması üçün fürsət olduğunu düşündüyünü qeyd edib.

Paşinyan hər şeyə rəğmən, özünün, XİN rəhbərinin və Təhlükəsizlik Şurası katibinin İspaniyaya gedəcəyini deyib. Paşinyan ümid edir ki, Ermənistanın əsas məsələlərdə mövqeyini daha ətraflı təqdim etmək imkanı olacaq. Eyni zamanda, Paşinyan sənədin Azərbaycanın maraqlarına zidd olması və Ermənistanın maraqlarına tamamilə uyğunluğu barədə yanlış təsəvvür yaratmaq istəmədiyini əlavə edib.

“Ermənistan ümid edir ki, konseptual sənəd əlverişli anda imzalanacaq. Mən onu imzalamağa hazıram”, - o qeyd edib.

O vurğulayıb ki, sənəd regionda sülh və sabitlik məntiqinə uyğundur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR