Azərbaycan XİN noyabrın 30-da Ermənistan-Azərbaycan sərhədində delimitasiya komissiyasının iclasının keçiriləcəyini təsdiqləyib.
Bu barədə XİN-in Mətbuat Xidməti idarəsinin rəisi Ayxan Hacızadə APA-nın sorğusuna cavab olaraq bildirib.
XİN-in məlumatına görə, əldə olunan razılaşmaya əsasən, noyabr ayının 30-da Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəd bölgəsində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasının Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti 5-ci iclası keçiriləcək.
***
11:04
Noyabrın 30-da Ermənistan-Azərbaycan sərhədində delimitasiya komissiyasının iclası keçiriləcək.
APA xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan məlumat verib.
Onun sözlərinə görə, Azərbaycanla noyabrın 30-da iki ölkənin sərhədində delimitasiya ilə bağlı görüşün keçirilməsi barədə razılığa gəlinib.