Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı səfirliyi 20 Yanvar faciəsi şəhidlərinin xatirəsini anma mərasimində iştirak edib.
Bu barədə Fələstinin Azərbaycandakı səfirliyindən APA-ya bildirilib.
Səfirliyin 2-ci katibi xanım Mayar Rantissi 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.