Bank Of Baku

Fərid Şəfiyev: Azərbaycan və Ermənistan arasında dialoqda Gürcüstan aktiv iştirak edir

Fərid Şəfiyev: Azərbaycan və Ermənistan arasında dialoqda Gürcüstan aktiv iştirak edir
# 04 noyabr 2023 11:35 (UTC +04:00)

Bakıda “Gürcüstanın regional münasibətlərdə vasitəçilik rolu” adlı dəyirmi masa keçirilib.

APA xəbər verir ki, dəyirmi masa Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşəbbüsü və gürcü politoloq Gela Vasadzenin iştirakı ilə təşkil edilib.

Tədbirdə çıxış edən BMTM İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycanla Gürcüstan arasında əlaqələri və Gürcüstanın regionumuzdakı rolunu çox yüksək qiymətləndirib:

"Gürcüstanın regionda rolu və 3 ölkənin (Azərbaycan, Gürcüstan, Ermənistan) iştirak etdiyi platformalardakı fəaliyyəti böyük əhəmiyyət daşıyır, aktual məsələlər müzakirə olunur. Azərbaycan və Gürcüstan daim bir-birinin mövqelərini dəstəkləyir. Azərbaycan və Ermənistan arasında dialoqda da Gürcüstan aktiv iştirak edir. Bir sıra regional layihələr də var. Yeni geosiyasi reallıqlarda da Gürcüstanın xüsusi rolunun olduğunu görürük", - o deyib.

Gürcü politoloq Gela Vasadzenin fikrincə, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması gələcəkdə region ölkələrinin iqtisadiyyatında müsbət dəyişikliklərə səbəb olacaq. Politoloq ümid etdiyini bildirib ki, Azərbaycanla Ermənistan arasında qarşılıqlı inam əsasında əməkdaşlıq və münasibətlərin normallaşması yaxın dövrdə baş tutacaq. Vasadze Gürcüstanın Azərbaycanla Ermənistan arasındakı dialoq prosesində hər zaman iştirak etməyə hazır olduğunu vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR