Bank Of Baku

Fərid Şəfiyev: Azərbaycanın aktiv fəaliyyəti nəticəsində Qoşulmama Hərəkatının əhəmiyyəti xeyli artıb - FOTO

Fərid Şəfiyev: Azərbaycanın aktiv fəaliyyəti nəticəsində Qoşulmama Hərəkatının əhəmiyyəti xeyli artıb - FOTO
# 16 may 2023 10:25 (UTC +04:00)

Bakıda Azərbaycan Xarici İşlər Nazirliyi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və LİNKS Europe ilə birgə "Bandunqdan Bakıya qədər: Qoşulmama Hərəkatı mürəkkəb və dəyişkən qlobal kontekstdə” adlı konfrans keçirilir.

APA xəbər verir ki, simpoziumun açılış mərasimində çıxış edən BMTM İdarə Heyətinin sədri Fərid Şəfiyev Qoşulmama Hərəkatına Azərbaycanın sədrlik etdiyi dövrün olduqca mürəkkəb olduğunu qeyd edib.

“Biz görürük ki, dünyada baş verən proseslər, müharibələr və digər bu kimi hallar müəyyən çətinliklər yaradır. Azərbaycan bu kontekstdə dünyanın olduqca təlatümlü dövründə öz üzərinə çətin bir missiya götürdü. Azərbaycanın aktiv fəaliyyəti və görülən işlər nəticəsində Qoşulmama Hərəkatının əhəmiyyəti xeyli dərəcədə artıb.

Biz hazırda dünyanın bir çox yerlərində, həmçinin Qərbi Avropada münaqişələrin baş verdiyin görürük, Ukraynada baş verənləri nəzərdə tuturam. Ona görə düşünürəm ki, Qoşulmama Hərəkatı digər beynəlxalq platformalar kimi dünyada sülhün qorunmasına, ölkələrin çoxşaxəli inkişafına öz töhfəsini verməyə davam edir”, - Fərid Şəfiyev bildirib.

Konfrans çıxışlarla davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR