Bakıda Azərbaycan Xarici İşlər Nazirliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə 25 may - Afrika Gününə həsr olunmuş “Qlobal Çağırışlar Əsrində Afrikanın Gücləndirilməsi və Çoxtərəfliliyin Təşviqi: Qoşulmama Hərəkatının rolu” adlı konfrans keçirilir.
APA xəbər verir ki, tədbirin açılış mərasimində çıxış edən BMTM İdarə Heyətinin sədri Fərid Şəfiyev vurğulayıb ki, Afrika ölkələri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
Fərid Şəfiyev bildirib ki, torpaqlarımız işğal altında olduğu 30 illik müddət ərzində və həmçinin İkinci Qarabağ müharibəsi zamanı Afrika ölkələri Azərbaycanın haqlı mövqeyini və onun ərazi bütövlüyünü dəstəkləyib.
"Qoşulmama Hərəkatında Afrika ölkələri mühüm əhəmiyyət kəsb edir və Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə bu məqama xüsusi diqqət yönəldib", - Fərid Şəfiyev qeyd edib.