Bank Of Baku

Fransa səfiri ANAMA-nın sədri ilə görüşüb - YENİLƏNİB

Fransa səfiri ANAMA-nın sədri ilə görüşüb - YENİLƏNİB
# 28 aprel 2023 18:53 (UTC +04:00)

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ann Buayon ilə görüşüb.

ANAMA-dan APA-ya verilən məlumata görə, görüşdə ANAMA ilə Fransa Respublikasının ölkəmizdəki səfirliyi arasında Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə əməliyyatına dəstək məqsədli əməkdaşlığın davam etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov “Böyük Qayıdış” proqramı çərçivəsində Agentliyin qarşısında duran məqsədlər, prioritet layihələr, əlaqəli şəkildə icra edilən bərpa və yenidənqurma işləri barədə məlumat verərək, gələcək əməkdaşlığın Azərbaycanda həyata keçirilən mina təhlükəsi ilə mübarizə fəaliyyətinə faydalı olacağını bildirib.

Səfir Ann Buayon Azərbaycanın üzləşdiyi mina problemi ilə mübarizədə göstərdiyi peşəkar fəaliyyətin təqdirəlayiq olduğunu qeyd edib. O, işğaldan azad edilmiş ərazilərdə mövcud mina təhlükəsinin həlli istiqamətində Agentlik tərəfindən icra edilən genişmiqyaslı fəaliyyəti yüksək dəyərləndirdiyini bildirib.

Görüş zamanı, Agentliyin yaradılma tarixi, ümumi fəaliyyət istiqamətləri, işğaldan azad olunmuş ərazilərdəki mövcud mina problemi, ölkəmizin qarşılaşdığı təhlükə, aparılan minatəmizləmə əməliyyatları, eləcə də istifadə olunan ən son texnoloji metod və vasitələrə dair təqdimat nümayiş etdirilib.

***

12.47

Fransanın Azərbaycandakı səfiri Ann Buayon ANAMA-nın sədri Vüqar Süleymanovla görüşüb.

APA xəbər verir ki, bu barədə fransalı diplomat "Twitter" hesabında bildirib.

"Fransa xarici işlər naziri Katrin Kolonna Bakıya səfəri zamanı Azərbaycanda humanitar minalardan təmizləməyə Fransanın yeni dəstəyini elan etdi. ANAMA-nın sədri Vüqar Süleymanova və onun komandasına əməkdaşlığımızın növbəti addımları ilə bağlı bu gün keçirdiyimiz konstruktiv müzakirəyə görə təşəkkür edirəm", - səfir qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR