Fransanın Azərbaycandakı səfiri Ann Buayonun Gəncəyə səfəri başa çatıb.
APA xəbər verir ki, bu barədə diplomat Tvitter hesabında bildirib.
“Gəncəyə çox maraqlı səfərim başa çatır. Kənd təsərrüfatı, sənaye və akademik sahədə əməkdaşlıq potensialını müzakirə etdik. Mən bu gözəl bölgənin inkişafı ilə maraqlanan peşəkarlarla görüşməkdən həzz aldım. Hamısına ürəkdən təşəkkür edirəm” – deyə diplomat qeyd edib.