Fransanın Azərbaycandakı Səfirliyi Tərtərdə mülki şəxslərin ölümü ilə nəticələnən mina partlayışı ilə bağlı bəyanat yayıb.
APA-nın xəbərinə görə, bu barədə səfir An Bualon Tviterdə bildirib.
“Tərtərdə minanın partlaması nəticəsində 3 mülki şəxsin həlak olduğunu böyük kədərlə öyrəndim. Mərhumun ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Fransa Azərbaycanda humanitar minaların təmizlənməsinə dəstəyini davam etdirir” – diplomat qeyd edib.