Milli Məclisdə Fransa Senatında martın 16-da Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş, beynəlxalq hüquqa açıq hörmətsizlik ifadə edən konfransla bağlı etiraz bəyanatının hazırlanması üçün komissiya yaradılıb.
APA-nın xəbərinə görə, Komissiyanın rəhbəri Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov olub.
Komissiyaya deputatlar Sevil Mikayılova, Əziz Ələkbərov və Elşən Musayev daxildir.