Türkiyə Respublikasının vitse-prezidenti Fuad Oktay Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib.
APA xəbər verir ki, Fuad Oktay bu barədə “Twitter” hesabında bildirib.
“Can Azərbaycanın Tehrandakı səfirliyinə edilən xain hücumu lənətləyirəm. Şəhid olan səfirliyin mühafizə xidmətinin rəisinə Allahdan rəhmət, ailəsi və Azərbaycan xalqına başsağılığı verirəm, yaralılara şəfa diləyirəm. Azərbaycan ilə hər zaman bir və bərabərik”, - deyə o qeyd edb.