Paşha Bank
Bank Of Baku

Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək

Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
# 12 noyabr 2026 19:37 (UTC +04:00)

2027-ci ilin aprel ayında Bakıda Dünya Bankı Qrupu ilə birgə Dövlət Müəssisələri üzrə Qlobal Konfransın keçirilməsi planlaşdırılır.

"APA-Economics" xəbər verir ki, bu barədə maliyyə naziri Sahil Babayevin Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın daxil olduğu nümayəndə heyəti ilə görüşündə bildirilib.

Görüşdə konfransa hazırlıq məsələləri müzakirə olunub.

Bildirilib ki, konfrans dövlət müəssisələrinin idarə olunması və maliyyə dayanıqlığının gücləndirilməsi sahəsində beynəlxalq təcrübə mübadiləsi üçün mühüm platforma olacaq.

Tərəflər, həmçinin dövlət müəssisələrinin maliyyə intizamının, korporativ idarəetməsinin və dividend siyasətinin təkmilləşdirilməsi, eləcə də potensial fiskal risklərin idarə olunması istiqamətində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR