Bank Of Baku

Gitanas Nauseda: Azərbaycan və Litva arasında əlaqələr yeni mərhələyə yüksəlib

Gitanas Nauseda: Azərbaycan və Litva arasında əlaqələr yeni mərhələyə yüksəlib
# 22 may 2023 15:42 (UTC +04:00)

Vilnüsdə səfərdə olan və litvalı həmkarları ilə görüşən azərbaycanlı iş adamlarını salamlayıram. Mən əminəm ki, bu görüşlər və müzakirələr bizim mövcud əməkdaşlığımızı daha da dərinləşdirəcək.

APA-nın Vilnüsə ezam olunmuş müxbirinin verdiyi xəbərə görə, bunu Litva-Azərbaycan Biznes Forumunun açılışında Litva Respublikasının Prezidenti Gitanas Nauseda deyib.

Prezident bildirib ki, bu il Litva, Vilnüs özünün 700 illiyini qeyd edir və tarix boyu yeni tərəfdaşlarla işləməkdə, yeni əlaqələr qurmaqda maraqlı olub.

Prezident Azərbaycan və Litva arasında tarixi əlaqələrin olduğunu vurğulayaraq bu gün də bu əlaqələrin yeni mərhələyə yüksəldiyini qeyd edib.

Zümrüd Paşkin

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR