Bank Of Baku

Gürcüstan nümayəndə heyəti MM-də Heydər Əliyevlə bağlı xüsusi sessiyada iştirak edəcək

Gürcüstan nümayəndə heyəti MM-də Heydər Əliyevlə bağlı xüsusi sessiyada iştirak edəcək
# 15 may 2023 19:26 (UTC +04:00)

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti sabah Milli Məclisdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçiriləcək xüsusi sessiyada iştirak edəcək.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, parlament spikeri bu barədə gürcüstanlı jurnalistlərə açıqlamasında bildirib.

O, müxtəlif ölkələrin parlament nümayəndə heyətlərinin iştirak edəcəyi sessiyada çıxış edəcəyini qeyd edib.

Azərbaycanda keçirdiyi görüşlərlə bağlı danışan Papuaşvili bildirib ki, həm Prezident İlham Əliyev, həm də Baş nazir Əli Əsədovla keçirdiyi görüşlərdə Gürcüstan və Azərbaycanın Avropa və Asiyanın əlaqələndirilməsində oynadığı rola dair müzakirə aparıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR