Hazırkı Gürcüstan hökuməti Avropa dəyərlərindən və demokratiyasından uzaq bəzi addımlar atmağa cəhd edir. Təəssüf ki, bizim elə bir hökumətimiz var ki, onlar xalqın nə istədiyinə, nə də əhval-ruhiyyəsinə qulaq asır.
Bunu X Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana gəlmiş Gürcüstan parlamentinin sabiq sədri Nino Burcanadze APA-nın Gürcüstanda “xarici agentlər”lə bağlı qanun layihəsinə etirazlarla bağlı sualına münasibət bildirərkən deyib.
“Hazırkı hökumət Avropa dəyərlərindən və demokratiyasından uzaq bəzi addımlar atmağa cəhd edir. Təəssüf ki, bizim elə bir hökumətimiz var ki, onlar xalqın nə istədiyinə, nə də əhval-ruhiyyəsinə qulaq asır. Xüsusilə də Gürcüstan gəncliyinin əhvalını qeyd etmək istərdim. Onlar Gürcüstan müstəqillik qazandıqdan sonra doğulanlardır, bu gənclər azadlığın və müstəqilliyin dəyərini anlayırlar. Bu gənclik hökumətin qəbul etməyə çalışdığı qanun layihəsinə imkan vermədi. Kölgədə olan liderlər bu qanunla ölkədə parlamentə, mediaya, qeyri-hökumət təşkilatlarına nəzarət etməyə cəhd edirdi. Bu tamamilə qəbuledilməzdir. Şadam ki, hökumət bu dəfə insanların, bizim strateji tərəfdaşlarımızın mesajlarını dinlədi. Biz daha çox addımlar atmalıyıq, demokratiyanı, dəyərləri qorumalıyıq. Bu normal inkişaf üçün vacibdir”, - o deyib.