Qlobal Bakı Forumu hər zaman yüksəkdə olub və getdikcə bu format daha da genişlənir, yeni üzvlər görürük.
APA xəbər verir ki, bunu X Qlobal Bakı Forumunda iştirak edən Gürcüstanın sabiq Prezidenti Giorgi Marqvelaşvili jurnalistlərə bildirib.
O, artıq çoxdandır bu forumda iştirak etdiyini diqqətə çatdırıb və vurğulayıb ki, hər dəfə bu prosesə qatılan maraqlı və yeni iştirakçılar görür: “Bu mənim üçün təcrübələri bölüşmək üçün xüsusi formatdır. Biz qlobal problemlər barədə dünyanın müxtəlif regionlarından, müxtəlif perspektivlərdə danışırıq. Bu kontekstdə forum olduqca maraqlıdır”.