Bank Of Baku

Hakan Fidan Zəngəzur dəhlizindən danışıb - VİDEO

Hakan Fidan Zəngəzur dəhlizindən danışıb - VİDEO
# 15 mart 2024 11:31 (UTC +04:00)

Ötən 4 il ərzində beynəlxalq və regional böhranlar olub.

APA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda keçirilən Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşünün nəticələrinə dair mətbuat üçün brifinq zamanı deyib.

"Eləcə də bu illər ərzində Azərbaycan özünün ərazi bütövlüyünü bərpa edib. Gürcüstan Avropa İttifaqı üzvlüyünə namizəd olub”, - XİN rəhbəri vurğulayıb.

Hakan Fidan qeyd edib ki, ölkələr arasında əməkdaşlığı irəli aparmaq üçün lazımi müzakirələr aparılıb: "Biz hər bir məsələdə əlimizdən gəlməyi etməyə hazırıq".

Nazir COP29-a ev sahibliyi münasibətilə ölkımizi təbrik edib.

"Cənubi Qafqazda sülhün bərpası regional və qlobal əhəmiyyətlidir. Bu mənada, Zəngəzur xəttinin açılmasına ümumi dəstəyi gözləyirik", - Hakan Fidan qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR