İsraildə HAMAS-ın hücumları nəticəsində həlak olan Azərbaycan əsilli şəxslərin adları məlum olub.
XİN-dən APA-ya verilən xəbərə görə, həlak olanlardan Elkin Nəzərovun ikili vətəndaşlığı (İsrail/Azərbaycan) olub.
O, dünən Kıryat Yamda dəfn edilib.
Digər üç nəfər Şamil Abbasov, Emin Axundov və Roman Qandel isə İsrail vətəndaşlarıdır.
***
11:38
HAMAS-ın hücumları nəticəsində İsraildə 4 Azərbaycan (yəhudi) əsilli şəxs həlak olub.
Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.
XİN rəsmisinin sözlərinə görə, onlardan yalnız birinin Azərbaycan vətəndaşlığı var.
Ayxan Hacızadə qeyd edib ki, həlak olanlar orada dəfn olunacaq.