Həştərxan şəhərindəki Azərbaycan İş Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konfrans keçirilib.
APA xəbər verir ki, konfrans "Azərbaycan və Həştərxan vilayəti arasında iqtisadi-ticarət, humanitar əməkdaşlıq və perspektivlər" adlanıb.
Əvvəlcə Həştərxan vilayətinin vitse-qubernatoru Pautov Pavel Petroviç və Baş nazirin müavini, Azərbaycan nümayəndə heyətinin sədri Şahin Mustafayev çıxış ediblər.
Konfransda iqtisadiyyat və sənaye, nəqliyyat, logistika, turizm, təhsil, kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.