Bank Of Baku

Hikmət Hacıyev Fərhad Pirinççi və nümayəndə heyəti ilə görüşüb

Hikmət Hacıyev Fərhad Pirinççi və nümayəndə heyəti ilə görüşüb
# 15 sentyabr 2026 00:54 (UTC +04:00)

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsi rəhbərinin köməkçisi Fərhad Pirinççi və nümayəndə heyəti ilə görüşüb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Görüşdə Azərbaycan və Türkiyə arasında media, kommunikasiya və ictimai diplomatiya sahələrində əməkdaşlıq, dezinformasiyaya qarşı mübarizə, eləcə də Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin olunmasında strateji kommunikasiyanın rolu müzakirə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR