Bank Of Baku

Hindistan səfiri: Azərbaycanla ticarət əlaqələrinin inkişaf dinamikasını görürük

Hindistan səfiri: Azərbaycanla ticarət əlaqələrinin inkişaf dinamikasını görürük
# 05 may 2023 16:38 (UTC +04:00)

"Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 1.82 milyard dollar olub. Bu ilin əvvəlindən etibarən ötən ilin müvafiq dövrü ilə müqayisədə ticarət əlaqələrinin inkişaf dinamikasını görürük".

APA xəbər verir ki, bunu Hindistan günləri münasibətlə təşkil edilmiş tədbirin açılış mərasimində Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfiri Şridharan Madhusudhanan deyib.

Səfir ölkələrimiz arasında ticarət, mədəniyyət və humanitar sahələrdəki əlaqələri yüksək qiymətləndirib.

Diplomat qeyd edib ki, Azərbaycanla Hindistan arasında ticarət əlaqələri durmadan artır.

"Şübhəsiz ki, bu tip tədbirlər ölkələrimizin və xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət edir. Hər birinizi salamlayıram və burada görməyə şadam", - səfir əlavə edib.

Xatırladaq ki, Bakıda 5-15 may tarixlərində Hindistan günləri keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR