“Heydər Əliyev müasir Azərbaycanın qurucusudur”.
APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında İordaniya Nümayəndələr Palatasının Sədri Ahmed Al-Safadi bildirib.
Ahmed Al-Safadi deyib ki, Heydər Əliyevin dönəmində İordaniya ilə dost münasibətlər qurulub və bu münasibətlər Prezident İlham Əliyev və İordaniya Kralının rəhbərliyi ilə inkişaf etməkdədir: “Hər iki ölkə regional və qlobal məkanda uğurla inkişaf edir”.
Ahmed Al-Safadi qeyd edib ki, Heydər Əliyev hər zaman xalqının intibahı üçün çalışıb.