Bank Of Baku

İran NATO-nun genişlənməsinin əleyhinədir

İran NATO-nun genişlənməsinin əleyhinədir
# 27 fevral 2023 18:12 (UTC +04:00)

İranın xarici işlər naziri Hüseyn-Əmir Abdullahian finlandiyalı həmkarı Pekka Haavisto ilə görüşüb.

APA xəbər verir ki, görüş Cenevrədə BMT İnsan Hüquqları Şurasının iclası çərçivəsində baş tutub.

Görüşdə ikitərəfli, regional və beynəlxalq münasibətlərdə maraq doğuran mövzular, Rusiya-Ukrayna müharibəsi, xüsusilə də sanksiyaların ləğvi ilə bağlı danışıqların son vəziyyəti ətrafında müzakirələr aparılıb.

Ukraynada atəşkəsin yaradılması üçün ölkəsinin səylərinin davam etdiyini bildirən İran XİN başçısı vurğulayıb ki, ölkəsi NATO-nun genişlənməsinin və Ukraynada müharibənin davam etdirilməsinin qəti əleyhinədir.

Abdullahian qeyd edib ki, indiyədək İran pilotsuz təyyarələrinin Rusiyaya ixracı iddiası ilə bağlı heç bir etibarlı sənəd və sübut təqdim olunmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR