Bank Of Baku

İran vitse-spikeri: “QH-nin üzv ölkələri ticarət əlaqələrini genişləndirməlidir” 

Abdulreza Mesri

© APA | Abdulreza Mesri

Foto al #
# 01 iyul 2022 11:19 (UTC +04:00)

İran regionda münaqişələrin ədalətli və dialoq yolu ilə həllini dəstəkləyir.

APA xəbər ki, bunu İran Məşvərət Assambleyasının vitse-spikeri Abdulreza Mesri deyib.

“İran hər zaman Fələstininin haqlarını dəstəkləyib, Aparteidə qarşı olduğunu bəyan edib. Biz Yəməndəki böhranın da siyasi həllini dəstəkləyirik"” - Abdulreza Mesri bildirib.

O deyib ki, Qoşulmama Hərəkatının (QH) üzvləri kommunikasiya və əməkdaşlığı öz aralarında gücləndirməlidir.

O, parlamentlərarası əməkdaşlığın intensivləşdirilməsinin vacibliyini qeyd edib.

İran rəsmisi deyib ki, üzv ölkələr ABŞ dolları əvəzinə milli valyutalara daha çox üstünlük verməlidir: “QH-nin üzv ölkələri ticarət əlaqələrini genişləndirməli, ortaq bazar imkanlarını araşdırmalı, bu potensialdan istifadə etməlidir. Biz aparıcı kənar qüvvələrin müdaxiləsinə imkan verməməliyik".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR