Bank Of Baku

İrəvandakı qələbəsini Azərbaycana həsr edən türkiyəli idmançılar Səfirliyə dəvət olunublar

İrəvandakı qələbəsini Azərbaycana həsr edən türkiyəli idmançılar Səfirliyə dəvət olunublar
# 25 aprel 2023 22:36 (UTC +04:00)

İrəvanda ağır atletika üzrə Avropa çempionatında qızıl və gümüş medallar qazanaraq böyük nailiyyətlərini Azərbaycana həsr edən türkiyəli idmançılar - Cansu Bektaş, Qamze Altun və Nuray Güngör Azərbaycanın Türkiyədəki Səfirliyinə dəvət olunub.

Bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyindən APA-nın yerli bürosuna məlumat verilib.

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin və xanımı Mehriban Əliyevanın təbrik məktublarını, hədiyyələrini, xoş arzularını və dəvətlərini gənc idmançı qızlarımıza çatdırdıq. Sizinlə fəxr edirik!”, - deyə bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR