Bank Of Baku

İtaliya səfiri: Azərbaycanda viza ilə bağlı gündə 100 müraciət qəbul edirik

İtaliya səfiri: Azərbaycanda viza ilə bağlı gündə 100 müraciət qəbul edirik
# 06 dekabr 2023 13:27 (UTC +04:00)

"İtaliya-Azərbaycan əlaqələri olduqca yüksək səviyyədədir".

APA xəbər verir ki, bunu İtaliyanın ölkəmizdəki səfiri Klaudio Taffuri jurnalistlərin suallarını cavablandıran zaman bildirib.

"İtaliya və Azərbaycan arasında əlaqələr olduqca yüksək səviyyədədir. Azərbaycan İtaliya üçün çox böyük əhəmiyyətə malik dost ölkədir. Həm də strateji cəhətdən mühüm ölkədir, çünki bizim enerji mənbələrimizin təmin olunmasında yaxından kömək edir. Biz bunun qarşılığında əlimizdən gələn qədəri ilə, texnologiya sahəsində və s. dəstək olmağa çalışırıq. Bütün bunların arxasında bir dostluq dayanır", - səfir vurğulayıb.

İtaliyalı diplomat həmçinin viza verilməsi məsələsinə münasibət bildirib:

"Bildiyiniz kimi, İtaliyanın öz viza sistemi deyilən bir anlayış ümumiyyətlə yoxdur. Şengen vizası var və burada qaydalar İtaliya hökuməti tərəfindən müəyyənləşdirilmir. Avropa İttifaqı, Avropa ölkələri tərəfindən müəyyən edilmiş qaydalar mövcuddur və həmin qaydalara birmənalı şəkildə əməl etmək lazımdır. Bundan əlavə təkcə İtaliyanın milli viza sistemi var ki, bu məsələdə, bəli, ölkəmizin müəyyən rolu var. Viza verilməsinin sadələşdirilməsi üçün əlimizdən gələni edərək viza mərkəzini açdıq. Viza mərkəzi kifayət qədər böyükdür, xeyli sayda müraciət qəbul edir", - diplomat qeyd edib.

O, bununla da prosesin həm asanlaşdığını, həm də sürətləndiyini diqqətə çatdırıb.

Səfərin sözlərinə görə, burada da müəyyən qaydalar var və həmin qaydalar çərçivəsində viza verilməsi baş verir:

"Müəyyən sənədlər və qarantiyalar lazımdır. Sənədlər mütləq şəkildə doğru və dolğun formada təqdim edilməlidir. Bir məsələni də diqqətinizə çatdırım ki, əvvəl sənəd qəbulu üçün 3 pəncərə fəaliyyət göstərirdisə, indi onların sayı 14-ə çatıb və bu da görün müraciət sayını neçə dəfə artırıb. Biz orta hesabla gün ərzində 100 müraciət qəbul edirik. Bu çox böyük addımdır və prosesin xeyli dərəcədə sadələşdirilməsinə xidmət edir".

Səfir Taffuri onu da əlavə edib ki, Bakı-Roma birbaşa reysinə nəzər salanda görmək olar ki, təyyarə biletlərinin hamısı tam satılır və bu da o deməkdir ki, həmin şəxslərin vizası var, onlar səyahətə gedir və proses uğurla davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR