Bank Of Baku

İtkin düşən Azərbaycan vətəndaşı ilə bağlı Belçikadakı səfirliyimizə müraciət edilib

İtkin düşən Azərbaycan vətəndaşı ilə bağlı Belçikadakı səfirliyimizə müraciət edilib
# 15 may 2023 12:22 (UTC +04:00)

Belçikada itkin düşən Azərbaycan vətəndaşı ilə bağlı axtarış aparılır.

APA xəbər verir ki, mayın 8-də Belçikada itkin düşən 1989-cu il təvəllüdlü Məmmədov Nizami İbrahim oğlu ilə bağlı Azərbaycanın Belçikadakı səfirliyinə də müraciət edilib.

Qeyd edək ki, Belçikanın paytaxtı Brüsseldə yaşayan Nizami Məmmədov sonuncu dəfə mayın 8-də paytaxtdakı klinikaların birinin yaxınlığında görülüb.

İtkin düşən şəxsin bacısı Sevil Abbasova APA-ya qardaşının bir müddət əvvəl avtomobil qəzasında kəllə-beyin travması alması, yaddaş itkisi və oruentasiya pozğunluğundan əziyyət çəkməsi barədə məlumat verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR