Bank Of Baku

Jelka Tsviyanoviç: Azərbaycan Bosniya və Herseqovinada bir çox işlər görüb

Jelka Tsviyanoviç: Azərbaycan Bosniya və Herseqovinada bir çox işlər görüb
# 13 aprel 2023 17:29 (UTC +04:00)

“Azərbaycan Bosniya və Herseqovinada bir çox işlər görüb, artıq biz indi praktiki əməkdaşlığa başlayırıq. Dünən biz Azərbaycanın iqtisadiyyat naziri və nümayəndə heyəti ilə görüş keçirdik”.

APA xəbər verir ki, bunu Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç aprelin 13-də Sarayevoda Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.

“Bizim Nazirlər Şurasında və işgüzar dairələrdə görüşlər həyata keçirildi ki, biz hansı istiqamətdə əməkdaşlığımızı davam etdirə bilərik. Biz nəqliyyat, energetika, turizm və digər sahələrdə imkanları nəzərdən keçirdik. Hesab edirəm, bu, yaxşı fürsətdir ki, biz bununla bağlı nazirliklərimizə təlimat verək ki, konkret layihələrlə bağlı siyahı hazırlansın, maraqlarımız nədən ibarətdir, sərmayə harada tələb olunur. Biz bütün bunlarla bağlı təlimatlarımızı verəcəyik” – deyə o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR