Bank Of Baku

Kaledoniya təmsilçisi Fransaya inteqrasiyanın əleyhinə olduqlarını bildirib

Kaledoniya təmsilçisi Fransaya inteqrasiyanın əleyhinə olduqlarını bildirib
# 20 oktyabr 2023 13:00 (UTC +04:00)

Bakı Təşəbbüs Qrupunun bizim mübarizəmizə verdiyi dəstəyə görə təşəkkür edirəm. Biz mübarizə aparırıq, çünki Fransa ilə inteqrasiya istəmirik. Fransa isə əksinə, bu ərazilərdə öz müstəmləkəsini saxlamağa, buranın zəngin resurslarından istifadə etməyə çalışır.

APA xəbər verir ki, bunu paytaxtda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfransda Kaledoniya Birliyi partiyasının Baş katibinin müavini David Vanabo bildirib.

O Fransanın manipulyasiya həyata keçirdiyini deyib: “Biz beynəlxalq əlaqələrimizi gücləndirməliyik ki, haqqımızı tələb edə bilək, xalqımız qorxmadan öz fikrini ifadə edə bilsin. Biz Bakı Təşəbbüs Qrupundan gözləyirik ki, bizim tələblərimizi daha böyük arenaya, tərəfdaşlara çatdırmağa kömək etsin”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR