Bank Of Baku

Kamran Əliyev: Tehrandakı səfirliyimizdə törədilən terrorun bütün iştirakçıları məsuliyyətə cəlb olunmalıdır

Kamran Əliyev: Tehrandakı səfirliyimizdə törədilən terrorun bütün iştirakçıları məsuliyyətə cəlb olunmalıdır
# 14 fevral 2023 14:41 (UTC +04:00)

Baş prokuror Kamran Əliyev İran İslam Respublikasının Baş prokuroru Məhəmməd Cəfər Montazeri ilə telefon danışığında Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktını pisləyib.

APA xəbər verir ki bu barədə Baş Prokurorluğun məlumatında qeyd olunub.

Qeyd olunub ki, Kamran Əliyev Azərbaycanın aidiyyəti istintaq qurumunda cinayət işinin istintaqının davam etdiyini həmkarının diqqətinə çatdırıb. Baş prokuror İran tərəfindən cinayət işinin tam və hərtərəfli araşdırılmasının, bütün iştirakçıların müəyyən edilərək məsuliyyətə cəlb olunmasının, bu terror aktının törədilməsinə səbəb və şəraitinin araşdırılmasının zəruriliyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR