“Mənim ölkəmdə ciddi iqtisadi problemlər, maliyyə asılılığı var, ölkəmin resursları istismar olunur”.
APA xəbər verir ki, bunu paytaxtda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfransda Kanak Birliyinin təmsilçisi Davy Nicolas Bolo bildirib.
O qeyd edib ki, Fransa dekolonizasiya ilə bağlı sənədlərə, bu prosesə hörmət etmir, onu uzatmağa cəhdlər göstərir.
“Biz müstəqilliklə bağlı referendum keçirmişik, amma Fransa öz öhdəliklərini yerinə yetirmir. Fransa kolonializmlə mübarizədə etibarlı tərəfdaş deyil. Müstəmləkəçi ölkələr müxtəlif bəhanələr gətirir. Onlar müxtəlif sahələrdə dominantlıqlarını həyata keçirirlər və bu dominantlığı davam etdirməkdə istəklidirlər”, - Davy Nicolas Bolo vurğulayıb.