Bank Of Baku

Kiyevdə təhsil almış azərbaycanlılar Ukraynaya humanitar yardım göndərib - FOTO

Kiyevdə təhsil almış azərbaycanlılar Ukraynaya humanitar yardım göndərib - FOTO
# 14 dekabr 2022 18:17 (UTC +04:00)

Kiyev Milli İnşaat və Memarlıq Universitetinin azərbaycanlı məzunları Ukraynaya humanitar yardım göndərib.

APA xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski "Facebook" hesabında məlumat verib.

“Ölkəmizin enerji təchizatı obyektlərinin Rusiya qoşunları tərəfindən davamlı atəşə tutulması şəraitində Kiyev Milli İnşaat və Memarlıq Universitetinin azərbaycanlı məzunları Ukraynanın Azərbaycandakı Səfirliyinin köməyi ilə doğma Alma mater-ə son dərəcə mühüm humanitar yardım (generatorlar) göndəriblər. Layihə Ukraynanın əsl dostu, eyni zamanda, adıçəkilən ali təhsil müəssisəsinin Fəxri doktoru İqbal Babayevin təşəbbüsü və şəxsi iştirakı ilə həyata keçirilib.

Təşəkkürlər dostlar! Birlikdə dayanacağıq! Birlikdə qalib gələcəyik!”, - ukraynalı diplomat paylaşımında qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR